Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- dekorativ süni üzlük daşların və plastik qabların istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonda müraciət edə bilərlər: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]