Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
9 oktyabr 2015-ci ildə EY şirkətinin Azərbaycandakı ofisi Fairmont Baku otelində müştərilər üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) son dəyişikliklər üzrə illik seminar keçirdi.
Seminara EY şirkətinin MHBS üzrə mütəxəssisləri, o cümlədən Vadim Şelaginov, EY şirkətinin Moskva ofisində audit üzrə meneceri, Nazlı Xankişiyevə, EY şirkətinin Bakı ofisində audit üzrə menecerı və Yokub Şərəfitdinov, EY şirkətinin Bakı ofisində audit üzrə meneceri rəhbərlik etdilər. Seminarda Azərbaycanda işləyən iri beynəlxalq və yerli şirkətlər, o cümlədən bankların nümayəndələri iştirak etdilər.
Təqdimat materialları MHBS-lərə son dəyişikliklərə və onların təcrübədə tətbiqinə həsr olunmuşdur. Seminar zamanı iştirakçılar praktik məsələlərin necə həll ediləcəyini müzakirə etdilər.
V.Şelaginov qeyd edib: "2015-ci və 2016-cı illərdə ilk dəfə tətbiq edilməsi mütləq olan əhəmiyyətli yeni standartlar qəbul edilməsə də, qüvvədə olan MHBS-yə edilmiş bir sıra düzəlişlər cari uçot təcrübəsinə təsir göstərə bilər. Bundan əlavə, biz müştərilərimizə 2016-2017-ci illər ərzində 1 yanvar 2018-ci ildən qüvvəyə minməli olan 9 saylı MHBS-nin və 15 saylı MHBS-nin tətbiqinə hazırlaşmağı tövsiyə edirik. İllik seminarımızı məhz bu məsələlərə həsr etdik".
N.Xankişiyeva isə bildirib: "Artıq ikinci ildir ki, mən bu seminarda təlimçi qismində çıxış edirəm. Müştərilərimizlə mühasibat uçotu sahəsində yenilikləri müzakirə etmək mənə çox xoş oldu. Biz son zamanlar qəbul edilmiş standartların tətbiqi və şərhi ilə bağlı əsas praktik məsələlərə toxunduq. Ümid edirik ki, qonaqlarımız seminardan faydalandılar və onlar yeni təşkilatlarında müvəffəqiyyətlə tətbiq edə biləcəklər".
Milana Əliyeva, VTB Bank Azərbaycan, şərh etdi: "Seminar olduqca faydalı və mövzusuna uyğun keçdi, təlimçilərin yüksək təqdimat bacarıqları isə onun canlı keçməsinə kömək etdi. Mən işimdə tətbiq edə biləcəyim çox məlumat öyrəndim. Həmişə olduğu kimi, EY gördüyü hər işdə yüksək keyfiyyət nümayiş etdirir. EY şirkətini seminarın təşkil edilməsinə görə təşəkkür etmək istərdim".
EY bütün iştirakçıları seminarda görməyə çox şad oldu və hamını fəal iştirakına görə təşəkkür edir.
EY haqqında
EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.
EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com
EY Azərbaycanda
EY 21 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.