...

"Ernst & Young" İqtisad Universitetinin maliyyə hesabatlarına müsbət rəy verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2015 15:40 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə növbəti yeniliyə imza atılıb.
"Ernst & Young" İqtisad Universitetinin maliyyə hesabatlarına müsbət rəy verib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə növbəti yeniliyə imza atılıb. Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in Elmi Şurasının qərarına əsasən 2014-cü il üzrə maliyyə hesabatlarının auditi həyata keçirilib. Auditi dünyada böyük nüfuza malik olan "Ernst & Young" şirkəti aparıb.

"Ernst & Young" UNEC-in 2014-cü il üçün maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələri haqqında hesabat, xalis aktivlərdə dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici qeydlərin icmalından ibarət olan ilkin maliyyə hesabatlarının auditini Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirib.

Nəticələrə əsasən, UNEC-in 2014-cü il üçün maliyyə hesabatlarına müsbət rəy verilib. Ernst & Young-ın yekun rəyinə əsasən, UNEC-in 31 dekabr 2014-cü il tarixinə və həmin tarixdə başa çatan il üzrə ilkin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları"na tam uyğun hesabatlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti