...

Azərbaycan yük avtomobillərinin istehsalını xeyli artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2015 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 251 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 24,3 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 9 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 562 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 68,4 faiz azdır.

Cari ilin ilk 9 ayında ölkədə 754 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 24,3 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti