Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirəcək. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ümumdünya Statistika Gününə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə əsasən, bu istiqamətdə iş gələcəkdə də aparılacaq: "Biz bunadək istifadə olunmayan yüksək potensiala malik sahələri inkişaf etdirəcəyik. Belə istiqamətlərdən biri nəqliyyat sektorudur".