...

Azərbaycan daşınmaz əmlakın idarəçiliyində yeni modelə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2015 12:49 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar informasiya-kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, müasir normativ hüquqi bazanın və sadələşdirilmiş prosedurların işə salınmasını nəzərdə tutan daşınmaz əmlakın idarəçiliyi məsələsində yeni yanaşmanın tətbiqinin zəruri olmasına gətirib çıxarıb.
Azərbaycan daşınmaz əmlakın idarəçiliyində yeni modelə keçib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar informasiya-kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, müasir normativ hüquqi bazanın və sadələşdirilmiş prosedurların işə salınmasını nəzərdə tutan daşınmaz əmlakın idarəçiliyi məsələsində yeni yanaşmanın tətbiqinin zəruri olmasına gətirib çıxarıb.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "BMT-nin Avropa İqtisadi Komissiyasının regionu üzrə daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin rolu" mövzusunda beynəlxalq konfransda Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov deyib.

Onun sözlərinə görə, son 10 ildə ölkədə islahatlarla əhatə olunmaçış sahə qalmayıb: "Daşınmaz əmlak sahəsində operativliyi və şəffaflığı təmin etmək üçün "vahid pəncərə" prinsipi tətbiq edilir".

K.Həsənov qeyd edib ki, bu sahədə əhaliyə artıq 3 onlayn, 1 SMS və 31 elektron xidmət təqdim edilir.

Komitə sədri əlavə edib ki, Əmlak Məsələləri Komitəsi torpaqların elektron kadastr uçotu sisteminin yaradılması üzrə işlərə başlayıb. Bununla əlaqədar artıq Bakının elektron kadastr bazası yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti