...

"PAŞA Bank" АМFА-nın iki mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2015 15:39 (UTC +04:00)
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ölkənin ən iri banklarından biri olan "PAŞA Bank"ın fəaliyyətini iki xüsusi mükafatla dəyərləndirib.
"PAŞA Bank" АМFА-nın iki mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ölkənin ən iri banklarından biri olan "PAŞA Bank"ın fəaliyyətini iki xüsusi mükafatla dəyərləndirib.

Bankdan Trend-ə verilən məlumata görə, AMFA "PAŞA Bank"ı təşkilatın üzv şirkətləri arasından "İlin iştirakçısı" və "Gender bərabərliyini təbliğ edən aparıcı şirkət" adına layiq görüb.

"PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımovun şərh etdiyi kimi, "PAŞA Bank" və AMFA qeyri-bank kredit təşkilatlarının və kredit ittifaqlarının dəstəklənməsinə yönəldilən kredit proqramını həyata keçirir və iki ildir ki, mikromaliyyələşdirmə sahəsində uğurla əməkdaşlıq edir. T.Kazımov qeyd edib ki: "Biz peşəkar təşkilat tərəfindən fəaliyyətimizin növbəti dəfə yüksək qiymətləndirildiyinə şadıq və mən əminəm ki, Assosiasiya ilə əməkdaşlığımız növbəti illərdə də uğurla davam edəcək".

T.Kazımov "PAŞA Bank"ın əsas üstünlüyünün kollektivin peşəkarlığından və komanda işindən ibarət olduğunu vurğulayıb. "PAŞA Bank"ın İdarə Heyətinin sədri çıxışını belə yekunlaşdırıb: "Biz fəxr edirik ki, hazırda kollektivimizin 40%-i "PAŞA Bank"ın top-menecmentini də təmsil edən zərif cinsin nümayəndələrindən ibarətdir. Fəaliyyətimizin 8 illik dövrü ərzində biz bankın təkcə yerli deyil, həm də beynəlxalq bazarlarda uğurlu rəqabət aparmaq imkanını təmin edən güclü kollektiv yarada bilmişik".

Xatırladaq ki, son illərdə "PAŞA Bank" dəfələrlə beynəlxalq maliyyə icması tərəfindən müxtəlif istiqamətlər, o cümlədən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi və s. üzrə Azərbaycan bazarının lideri kimi tanınıb. Bankın fəaliyyəti EMEA Finance, International Finance Magazine və s. bu kimi dünyanın aparıcı KİV-ləri tərəfindən nüfuzlu mükafatlara layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 biznes-mərkəzi ilə təmsil olunan "PAŞA Bank"da 300 çox əməkdaş çalışır.

"Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti