...

Pomidor, xiyar bahalaşıb, alma, armud ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 15:40 (UTC +04:00)
2015-ci ilin oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9 faiz bahalaşıb.
Pomidor, xiyar bahalaşıb, alma, armud ucuzlaşıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

2015-ci ilin oktyabr ayında Azərbaycanda bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.

Birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri bahalaşıb, göy lobyanın istehsalçı qiyməti ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti