...

Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2015 11:26 (UTC +04:00)
25 noyabr 2015-ci il tarixində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİAA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya İşgüzar Görüşü keçiriləcək.
Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

Bakı. Ənvər Məmmədov - Trend:

Noyabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİAA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya İşgüzar Görüşü keçiriləcək.

Bu barədə Trend AZPROMO-nun saytına istinadən məlumat verir.

Tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti