...

Goranboy sahibkarlarının investisiya layihələrinin qəbuluna start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2015 10:01 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Goranboy sahibkarlarının investisiya layihələrinin qəbuluna start verildi

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu noyabrın 19-da Goranboy rayonunun Goran qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir, plastik qapı-pəncərə, gips əsaslı dekorativ üzlüklər, dam örtükləri və dəmir qapı istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti