Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın sığorta şirkətləri zəruri infrastruktur olmadığına görə, kənd təsərrüfatı sığortası ilə məşğul olmağa hazır deyillər.
Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov "Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi" mövzusunda keçirilən panel müzakirələri çərçivəsində deyib.
O bildirib: "Etiraf etməliyik ki, sığortanın bu sahəsi ölkədə kifayət qədər inkişaf etməyib. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Məsələn, regionlar və məhsullar üzrə risk dərəcələrini müəyyənləşdirmək üçün statistik məlumatlar lazımdır, ekspertlər hazırlanlmalıdır və s. Biz bu sahədə beynəlxalq təcrübə ilə tanış olmuşuq və hazırda əsas vəzifəmiz bu təcrübəni Azərbaycanda tətbiq etməkdir".