...

Azərbaycan və Çin dəmiryolları arasında əlaqələr genişlənir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2015 15:12 (UTC +04:00)
Azərbaycanla Çin Xalq Respublikası arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Çin Dövlət Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirlib.
Azərbaycan və Çin dəmiryolları arasında əlaqələr genişlənir (FOTO)

Bakı. Trend:

Azərbaycanla Çin Xalq Respublikası arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Çin Dövlət Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirlib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, keçirilən görüşlərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən yenidənqurma işləri, 3 avqust 2015-ci ildə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin arasında start götürən konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyi, tanzit olaraq daşınan yüklərin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və digər məsələlər barədə danışıb.

Sonra Çin Dövlət Dəmir Yolları haqqında məlumat verilib, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti