...

"ABB-Gürcüstan"ın rəhbərliyinin tərkibi yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2015 13:02 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstanda törəmə strukutu olan "ABB-Gürcüstan"-ın Müşahidə Şurasının tərkibi yenilənib.
"ABB-Gürcüstan"ın rəhbərliyinin tərkibi yenilənib

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstanda törəmə strukturu olan "ABB-Gürcüstan"ın Müşahidə Şurasının tərkibi yenilənib.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, ABB-nin İdarə heyətinin sədrinin müavini olan Ülvi Mansurov Müşahidə Şurasının sədri təyin edilib.

Hidayət Sultanov (ABB-nin baş direktoru) onun müavini təyin edilib.

Bundan başqa, Yasin Cəlilov da (ABB-nin Korporativ biznes departamentinə rəhbərlik edir) Müşahidə Şurasının tərkibinə daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti