...

Ekspert: Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2015 12:23 (UTC +04:00)
Azərbaycanın üzən məzənnəyə keçidi dünya valyuta bazarında baş verən poseslərlə əlaqəli qaçılmaz addımdır.
Ekspert: Azərbaycanın üzən məzənnəyə keçidi  məcburi addımdır (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır. Bu, dünyanın valyuta bazarındakı proseslərlə izah edilir. Hazırda gördüyümüz manatın real qiymətidir. Bunu Trend-ə İqtisad elmlər namizədi, iqtisadçı ekspert Oqtay Haqverdiyev Trend-ə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: "Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər".

Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: "Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir".

O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti