Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:06-da yayılıb)
Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi iribuynuzlu mal-qaranın məhsuldarlığını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Yeni hədəflər naminə" konfransda deyib.
Onun sözlərinə görə, hazırda ölkədə kənd təsərrüfatı heyvanlarının məhsuldarlığı 1-1,2 ton (ildə) təşkil edir. Belarusda bu göstərici 3 dəfə çoxdur, Avropada isə 9-11 tona çatır.
H.Əsədov qeyd edib ki, yüksək məhsuldarlığa nail olmaq üçün mal-qaranın cinsliliyini yaxşılaşdırmaq planlaşdırılır: "Bunu iki yolla etmək olar: digər ölkələrdən idxal edilən cins mal-qaranın cütləşdirilməsi və süni mayalanma hesabına".
Nazir diqqətə çatdırıb ki, bunun üçün Azərbaycanda Avropada ən iri Heyvanların Süni Mayalanması Mərkəzi tikilir: "Hazırda Azərbaycanda bu sahədə ekspertlər hazırlanır. Bundan başqa, fermerlər yaxşə cins hər heyvana görə 100 manat həcmində subsidiyalar alacaqlar".