Bakı. Trend:
2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləğı orta hesabla 2 dəfə azaldılıb.