...

Azərbaycana daxil olan tranzit avtomobilləri ilə 105 sığorta hadisəsi törədilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2016 13:23 (UTC +04:00)

Bakı. Trend:

Ötən il ərzində Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib.

Trend İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, 2015-ci il ərzində Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan NV-nin təqsirindən baş vermiş sığorta hadisələri üzrə qeydə alınmış sığorta tələbləri və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişləri (nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkələr üzrə) aşağıdakı kimi olub:

Azərbaycan Respublikası ərazisinə tranzit məqsədilə daxil olan və sığorta hadisəsi törətmiş nəqliyyat vasitələrinin 61-i yük, 28-i minik, 15-i qoşqu, 1-i isə avtobus kateqoriyasına aid olan nəqliyyat vasitəsi olub. Baş vermiş 105 sığorta hadisəsindən yalnız biri sağlamlığa dəyən zərərlə bağlı qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti