...

Azərbaycan özünü taxılla tam təmin etmək iqtidarındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2016 18:49 (UTC +04:00)
Azərbaycanın özünü taxılla tam təmin etmək üçün bütün imkanları var.
Azərbaycan özünü taxılla tam təmin etmək iqtidarındadır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın özünü taxılla tam təmin etmək üçün bütün imkanları var. Bunu Trend-ə "Qarabağ-Taxıl" şirkətinin direktoru Rəcəb Orucov deyib.

Onun sözlərinə görə, hazırda iri taxılçılıq təsərrüfatlarının yaradılması layihəsi reallaşdırılır və artıq bir neçə belə təsərrüfat yaradılıb: "Bunun sayəsində ölkədə taxıl əkin sahələri təqribən 200 min hektar artacaq".

R.Orucov qeyd edib ki, hazırda taxılçılığı intensiv yollarla da inkişaf etdirmək lazımdır: "Yeni innovasiya və texnologiyaları cəlb etmək lazımdır ki, bu da məhsuldarlığın artmasına gətirib çıxaracaq və bizə gələcəkdə əkin sahəmizi nəzərə almaqla özümüzü ərzaq taxılı ilə tam təmin etməyə imkan verəcək".

Lakin o, diqqətə çatdırıb ki, hazırda Azərbaycanda istehsal edilən taxıl daxili tələbatı 100 faiz təmin etməyə imkan vermir: "Bunun subyektiv səbəbləri var. Təsərrüfatları yüksək keyfiyyətli toxum sortları və düzgün aqrar planla təmin etmək lazımdır. Bu halda daxili taxıl istehsalının həcmi istehlakı tam təmin edə biləcək. Hazırda istehsalımız taxıla tələbatı 60-70 faiz təmin edir, qalan hissə isə alınır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti