Bakı. Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvü olan bankların ödədiyi əlavə haqları 0,1 faizədək azaldıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Milli Məclisin qəbul etdiyi "Əmanətlərin sığortalanması haqqında" qanuna edilmiş dəyişikliklərdə nəzərdə tutulub.