...

EY AmCham-ın Bakıda keçirdiyi V illik Vergi konfransına sponsorluq etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 17:19 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Korporativ Sosial Məsuliyyət Komitəsinin təşkilatçılığı ilə 18 yanvar tarixində "Hilton" hotelinin konfrans zalında vergi sistemində inkişaf və qanunvericiliyə əməletmə mövzusuna həsr olunmuş 5-ci illik Vergi Konfransı keçirilmişdir. Amerika Ticarət Palatasının təsisçi üzvlərindən biri olan EY şirkəti palatanın qızıl üzvü və sponsorudur. Konfransı EY şirkətinin Azərbaycan üzrə İdarəedici partnyoru və AmCham-ın prezidenti İlqar Vəliyev qonaqları və komitə üzvlərini salamlayaraq giriş sözü ilə açdı.

Komitənin iclasında vergi məcəlləsinə son dəyişikliklər, gələcək vergi islahatları və tətbiq edilməli müvafiq vergi modelləri ilə bağlı atılan inzibati tədbirləri müzakirə etmək üçün təqdimatlar nümayiş etdirildi.

Zaur Qurbanov, EY şirkətinin Vergi və hüquq şöbəsinin meneceri, "İqtisadi çətinliklər zamanı mümkün vergi islahatları: Beynəlxalq təcrübə" mövzusunda təqdimatla çıxış etdi. Təqdimat kiçik və orta müəssisələrə kömək etmək və iqtisadi çətinliklər şəraitində iş yerlərini qorumaq üçün aparılmalı islahatlara həsr olunmuşdur.

"Bu mövzu ilə əlaqədar konkret təklif irəli sürməkdən əvvəl, bu islahatların bir çox aspektləri, eləcə də onların Azərbaycanda aparıla bilməsi diqqətlə araşdırılmalıdır, belə ki, mövzu çox müfəssəldir və müvafiq təhlil və müzakirələrin aparılmasını tələb edir. Bütün bunları nəzərə alaraq, biz əsasən konseptual məsələlər və bir sıra ölkələrin təcrübəsində tətbiq edilən müxtəlif islahatların üzərində dayanmışıq" - deyə Zaur Qurbanov vurğuladı.

Təqdimat zamanı Zaur həm də islahatların vacib hissəsi olan vergi güzəştlərini, onların məqsəd və istiqamətlərini müzakirə etdi. Həmçinin o, beynəlxalq təcrübəni Azərbaycan təcrübəsi ilə müqayisə edərək məsələlərin mümkün həll yollarını işıqlandırdı. Belə ki, sənaye parklarında vergi güzəştləri şirkətlərə ayrı-ayrı fəaliyyət sahələri üzrə verilən vergi güzəştləri ilə müqayisə edildi, vergi qanunvericiliyində qəbul edilmiş son dəyişikliklərə toxunuldu.

Konfrans mütəxəssislərə ümumi maraq doğuran məsələləri müzakirə və həll etmək, təcrübə mübadiləsini aparmaq imkanını yaratdı.

AmCham haqqında

Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan 250-dən çox üzv və tərəfdaşı birləşdirir. Palata Azərbaycanda bütün xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Sənaye sektoruna aid olan komitələr vasitəsilə Palatanın üzvləri məlumatla bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həll yollarını təklif edir. AmCham üzvləri olan şirkətlər və təşkilatlar Azərbaycanda və ABŞ-da biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə qoşulmaq imkanından faydalanır.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 21 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti