...

“AGBank” və “Bank Standard” birləşir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 09:17 (UTC +04:00)
Bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib.
“AGBank” və “Bank Standard” birləşir

Bakı. Trend:

Bir müddət əvvəl elan olunan "AGBank" ASC ilə "DəmirBank" ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib.

"AGBank" ASC-dən Trend-ə verilən məlumatda bildirilir ki, bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzindəv formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə "AGBank" ASC digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb.

Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan "Bank Standard" KB ilə ilkin razılaşma əldə olunub və bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən fevralın 11-də Niyyət protokolu imzalayıb.

Razılaşmaya əsasən, bankların nümayəndələrindən ibarət işçi qurupu "AGBank" ASC-nin OSC "Bank Standard" KB-yə qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər apacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti