...

Expressbank-dan bütün kart sahiblərinə hədiyyə

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 10:32
Expressbank 14 fevral – Sevgililər Günü münasibətilə müştərilərə xüsusi aksiya təqdim edir.
Expressbank-dan bütün kart sahiblərinə hədiyyə

Trend-i buradan izləyin

Bakı. Trend:

Expressbank 14 fevral - Sevgililər Günü münasibətilə müştərilərə xüsusi aksiya təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində 12 - 19 fevral tarixlərində Expressbank-ın bütün kart sahibləri Merci Baku və Pəncərə restoranlarında, həmçinin La Parfumerie mağazalarında endirim və hədiyyələr qazanacaqlar.

Beləliklə, Expressbank kartları ilə alış-veriş etdikdə Merci Baku-dan 2 nəfərlik çay dəsgahı və desert, Pəncərə restoranından 15% endirim, La Parfumerie mağazasından isə kosmetik prosedur üçün kupon təqdim ediləcək.

Qeyd edək ki, müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti