...

Azərbaycanda içki və tütün məmulatlarının satışı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2016 13:13 (UTC +04:00)
Ötən ay Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1 faiz artıb.
Azərbaycanda içki və tütün məmulatlarının satışı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən ay Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin yanvar ayında istehlakçılara 2243,2 milyon manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3 faiz çox məhsul satılmışdır. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1 faiz artaraq 1124,8 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2 faiz artaraq 1118,4 milyon manata bərabər olub.

Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,9 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti