...

"PAŞA Həyat Sığorta"nın rəhbərliyində dəyişikliklər baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2016 13:07 (UTC +04:00)
Rüstəm Məmmədov və Lalə Cəfərova “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzvlər seçilib.
"PAŞA Həyat Sığorta"nın rəhbərliyində dəyişikliklər baş verib

Bakı. Azad Həsənli - Trend:

Rüstəm Məmmədov və Lalə Cəfərova "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinə yeni üzvlər seçilib. Bunu Trend-ə "PAŞA Həyat Sığorta" ASC-dən deyiblər.

R.Məmmədov buna qədər "Avto Azərbaycan" şirkətində İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində, L.Cəfərova isə "PAŞA Həyat Sığorta" ASC-nin İnsan resursları, hüquq və informasiya texnologiyaları departamentinin rəhbəri vəzifəsində çalışıb.

Bununla yanaşı, əvvəllər şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsini tutan Niyaz İsmayılov sədrin birinci müavini, İdarə Heyətinin üzvü olan Dilarə Babayeva isə sədrin müavini təyin ediliblər.

Qeyd edək ki, yeni təyinatlardan sonra İdarə Heyətində 5 nəfər təmsil olunur. Mürsəl Rüstəmov İdarə Heyətinin sədri, Niyaz İsmayılov İdarə Heyəti sədrinin birinci müavini, Dilara Babayeva İdarə Heyətinin sədr müavini, Rüstəm Məmmədov və Lalə Cəfərova İdarə Heyətinin üzvləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti