...

SOFAZ banklara 177,5 milyon dollar satıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2016 17:15 (UTC +04:00)
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
SOFAZ banklara 177,5 milyon dollar satıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) banklara 177 milyon dollardan çox vəsait satıb.

Fonddan Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. SOFAZ tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 177 milyon 450 min dollar məbləğində vəsait 13 banka satılıb.

İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti