...

AMFA: Azərbaycanda qadın sahibkarlar kreditlər üzrə ödənişə məsuliyyətlə yanaşırlar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2016 11:32 (UTC +04:00)
Azərbaycanda qadın sahibkarlar kişilərlə müqayisədə kreditləşməyə, o cümlədən borcların ödəniməsinə daha çox məsuliyyətlə yanaşırlar.
AMFA: Azərbaycanda qadın sahibkarlar kreditlər üzrə ödənişə məsuliyyətlə yanaşırlar  (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda qadın sahibkarlar kişilərlə müqayisədə kreditləşməyə, o cümlədən borcların ödəniməsinə daha çox məsuliyyətlə yanaşırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva qadınların inkişafında mikromaliyyələşdirmənin roluna həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda mikromaliyyələşdirmənin ümumi həcminin 23 faizi qadın sahibkarların payına düşür, kreditin orta hesabla məbləği isə 1000-15000 manat təşkil edir: "2016-cı il yanvarın sonuna olan məlumata görə, qadınlar arasında vaxtı ötmüş kreditlərin payı cəmi 15 faiz təşkil edir, hərçənd kişilər arasında bu göstərici 30-31 faizə bərabərdir".

AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov isə qeyd edib ki, ilk dəfə qadın sahibkarlar dollarda olan kreditlərin manata çevrilməsi üçün müraciət ediblər, o cümlədən xarici valyutada olan borcları daha tez ödəmək məqsədilə daha əvvəl təşəbbüs göstəriblər ki, bu da onların məsuliyyətini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti