...

Deputat: Sosial mənzillər Azərbaycan üçün çox vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 15:03 (UTC +04:00)
Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Deputat: Sosial mənzillər Azərbaycan üçün çox vacibdir

Bakı. Trend:

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirə zamanı çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, islahatların həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir.

Deputat qeyd edib ki, dünyada bu model 1979-cu ildən həyata keçirilir və orada müxtəlif yanaşmalar var: "Bu qanunun mahiyyəti və özəlliyi ondan ibarətdir ki, layihə özəl şirkətlər, ictimai şirkətlər və dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu baxımdan çox istərdim ki, bununla bağlı işçi qrupu yaransın.
Qanuna yalnız maddələr yazmaqla onun işləməsində problemlə üzləşə bilərik. Bu işdə maraqlı müvafiq qurumlar mütləq şəkildə işçi qrupunda olmalıdır ki, gələcəkdə müəyyən məsələlər və problemlərlə üzləşməyək".

Komitə sədri qanun layihəsində dövlət ehtiyacı üçün geri alınma məsələsinə diqqət çəkib: "Hansı sahibkar 40-50 illik bir investisiya qoyacaq ki, sabah müvafiq icra qurumlarının qərarında oranın dövlət ehtiyacı olan yer olduğu bildirilək. Burada bir az sahibklara inam şəraiti yaratmaq lazımdır ki, 50 illik investisiya qoyulsun. Qanunda müəyyən güzəştlər göstərilib, lakin inam da əhəmiyyətlidir. Eyni zamanda qanunun tətbiq dairələri sadalanır, belə olan biz onu məhdudlaşdırıq".

F.Muradov qeyd edib ki, son zamanlar səsləndirilən Gənclər şəhərciyi, ekonom evlər, sosial mənzillər Azərbaycan üçün çox vacibdir: "Kifayət qədər evə ehtiyacı olan isanlar var. Yaxşı olardı ki, burada bu yanaşma da olsun. Biz bir neçə il bundan öncə Gənclər şəhərciyi ilə bağlı məsələni müzakirə edəndə praktiki olaraq buna investorlar tapa bilmirdik. Yəni özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi. Bu qanun bizə imkan verəcək. Dövlət tərəfindən müəyyən güzəştlər, həm torpağın ayrılması, müvafiq strukturlardan icazənin alınmaı və s. qanunda qeyd olunmalıdır ki, investor binanı tikməyə maraqlı olsun. Bütün dünyada maliyyə böhranı var. Əgər qanun layihəsi cəlbedici olmazsa heç vaxt sahibkar bir qəpik də pul qoymayacaq. Ona görə təlklif edirəm ki, qanunla bağlı işçi qrupu yaradılsın. Biz də detalla bu məsləyə yanaşaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti