...

"Saxo Bank" və "CME Group" məlumatların birgə istifadəsinə dair saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 19:06 (UTC +04:00)
Saziş “Saxo Bank”ın müştəriləri üçün təhsil xidmətləri paketini genişləndirəcək.
"Saxo Bank" və "CME Group" məlumatların birgə istifadəsinə dair saziş imzalayıb

Bakı. Trend:

Onlayn ticarət və investisiya üzrə ekspert sayılan "Saxo Bank" və "CME Group" məlumatların birgə istifadəsinə dair saziş imzalayıblar ki, sözügedən sənəd "Saxo Bank"ın müştərilərinə "CME Group"un tədris materiallarından istifadə etməyə imkan yaradacaq. "CME Group" - həm keçirilmiş əməliyyatların sayına görə, həm də təklif olunan investisiya alətlərinin müxtəlifliyinə görə derivativlərin ticarətini təşkil edən dünyanın ən iri meydançalarındandır.

"CME Group"un Fyuçerslər İnstitutu ən yaxşı tədris materiallarını təklif edərək və bazar iştirakçılarını bilik və fyuçers ticarəti üçün lazımi resurslarla təmin edərək dünyanın hər tərəfindən müəyyən sahələrə aid olan tərəfdaşları ilə işləyir. İnvestorların fyuçers ticarəti və fyuçers opsionlarının fayda və risklərini dərk etməsi məqsədilə "CME Group" müxtəlif səviyyəli strategiyalar hazırlayıb.

"Saxo Bank"ın fyuçerslər və birja opsionları şöbəsinin rəhbəri Patris Eno bildirib: "Saxo Bank" investisiya təhsili sahəsində mövcud təcrübəsi ilə fəxr edir. Biz istərdik ki, müştərilərimiz ən yaxşı şəkildə ticarət etməyi bacarsınlar və məhz bu səbəbdən maliyyə alətləri üzrə biliklərinin genişlənməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. "CME Group" ilə əməkdaşlıq təhsil xidmətləri paketini genişləndirəcək".

"CME Group"un baş icraçı direktoru və pərakəndə satış şöbəsinin rəhbəri Mark Omens qeyd edib: "Saxo Bank"ın geniş müştəri şəbəkəsi "CME Group"a fyuçers bazarı ilə maraqlanan treyderləri cəlb etməyə, həmçinin onların bacarıqlarını artıracaq resurs və biliklərlə təmin etməyə imkan yaradacaq".

"CME Group"un Fyuçerslər İnstitutu fyuçerslər bazarında ticarət etməyi, ticarət simulyasiyalarını və bazar tədqiqatlarının aparılmasını öyrədən innovativ onlayn platformadır. Sözügedən institutda, həmçinin onlayn məsləhət almaq, interaktiv təhsil modullarından, bazar təhlili və ticarət simulyatorlarından istifadə etmək mümkündür. İnternet səhifəsi vasitəsilə (www.myfuturesinstitute.com/saxo) iştirakçılar fyuçers bazarları haqqında məlumat əldə edib, həmçinin müxtəlif ticarət strategiyaları ilə tanış olub onları modelləşdirilmiş ticarət mühitində sınaqdan keçirə bilərlər.

"Saxo Bank" - marjinal onlayn ticarət və derivativlər ticarəti sahəsində xidmət göstərən, həmçinin geniş məhsullar spektrini təklif edən aparıcı tədarükçüdür. "Saxo Bank"ın ticarət platformalarında 30 mindən çox maliyyə alətindən yararlanmaq mümkündür. Bankın kompleksli ticarət platformaları həm müəssisə, həm də pərakəndə müştərilərə etibarlı, rəqabətə davamlı və innovativ ticarət həllərini təklif edir.

"Saxo Bank" haqqında:

"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş "SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı, "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti