...

Azərbaycan gəmiləri mürəkkəb yedəkləmə əməliyyatı həyata keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 20:57 (UTC +04:00)
Mürəkkəb yedəkləmə əməliyyatı uğurla sona çatdı.
Azərbaycan gəmiləri mürəkkəb yedəkləmə əməliyyatı həyata keçirdi

Bakı. Trend:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Andoqa" və "Lyutoqa" təchizat-yedək gəmiləri texniki baxımdan çox mürəkkəb yedəkləmə əməliyyatını uğurla həyata keçirib.

Trend Gəmiçiliyə istinadən məlumat verir ki, Sinqapurun "Ezion Exerter Limited" şirkətinə məxsus, ağırlığı 12 min ton, hündürlüyü 130 metr olan yarımdalma qazma qurğusu bu gün səhər saat 7-də Xəzər dənizinin Türkmənistan şelfindəki təyinat nöqtəsinə çatdırılıb.

Azərbaycanda yığılmış qazma qurğusu, çətin hava şəraitinə baxmayaraq, 4 günlük keçid ərzində Bakı reydindən Türkmənistana yedəklənib.

Hazırda qazma qurğusu sifarişçiyə təhvil verilir. Qurğu Malayziyanın "Petronas" neft-qaz şirkəti tərəfindən istismar olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti