...

Göyçayın daha bir kəndinə təbii qaz verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 13:16 (UTC +04:00)
Martın 8-də Göyçay rayonunun İnçə kəndinə təbii qazın verilişi bərpa edilib.
Göyçayın daha bir kəndinə təbii qaz verildi

Bakı. Trend:

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, martın 8-də Göyçay rayonunun İnçə kəndinə təbii qazın verilişi bərpa edilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 1023 abonenti olan kəndin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 55463 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndə dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti