...

Türkiyədən Azərbaycan ərazisi ilə Mərkəzi Asiyaya yüklərin tranziti xeyli artıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 15:43 (UTC +04:00)
2016-cı ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiyaya 1582 yük avtomobili göndərilib
Türkiyədən Azərbaycan ərazisi ilə Mərkəzi Asiyaya yüklərin tranziti xeyli artıb (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

2016-cı ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiyaya 1582 yük avtomobili göndərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,3 dəfə çoxdur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalının təqdimatında deyib.

S.Babayev qeyd edib ki, ötən ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili göndərilib: "Azərbaycan ərazisi ilə yükdaşıma qaydalarının sadələşdirilməsi, xüsusilə də daşımalar üzrə xərclərin 40 faiz azaldılması buna imkan yaratdı".

Onun sözlərinə görə, neft və neft məhsullarının daşınması üzrə tariflərin yüksək həddi müəyyənləşdirildi ki, bu da yüklərin Azərbaycan ərazisi ilə istiqamətinin səmərəliliyini artırıb, ölkədə neft və neft məhsullarının daşınmasının artımını təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti