...

Çex iş adamları ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 16:08 (UTC +04:00)
Martın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya iş adamları arasında işgüzar görüş keçirilib.
Çex iş adamları ilə görüş keçirilib

Bakı. Trend:

Martın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya iş adamları arasında işgüzar görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən görüşlərdə hər iki tərəfdən turizm, sənaye, logistika, bankçılıq, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.

Görüşlərdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti