...

Yol qəzalarında həyatını itirən və xəsarət alanlara kompensasiya ödənişi edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2016 09:28 (UTC +04:00)
Yol qəzalarında həyatını itirən və xəsarət alanlara kompensasiya ödənişi həyata keçirilib.
Yol qəzalarında həyatını itirən və xəsarət alanlara kompensasiya ödənişi edildi

Bakı. Trend:

Yol qəzalarında həyatını itirən və xəsarət alanlara kompensasiya ödənişi həyata keçirilib.

Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan məlumat verilib.

Bildirilir ki, İcbari Sığorta Bürosu tərəfindən 11 dekabr 2013-cü il tarixində saat 18:00 radələrində Ağsu-Kürdəmir yolunun 16-cı km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar 5000 AZN (beş min manat), digər vətəndaşın ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar isə 1500 AZN ( min beş yüz manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşlarına poçt vasitəsi ilə 15 mart 2016-cı il tarixində köçürülüb.

İcbari Sığorta Bürosu tərəfindən 31 avqust 2014-cü il tarixində saat 14:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 256-cı km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarına 10000 AZN (on min manat) məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə 15 mart 2016-cı il tarixində köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti