Bakı. Azad Həsənli - Trend:
2015-ci ildə Azərbaycan və Türkmənistan arasında dəniz nəqliyyatı ilə sərnişin daşımalarının həcmi 2014-cü illə müqayisədə 10 faiz artıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") ilə birgə təşkil edilən tədbir çərçivəsində deyil.
Onun sözlərinə görə, həcmin artmasına səbəb Türkmənistanın sərnişin daşımaları üçün "Ro-ro" tipli gəmilərdən istifadə etməsi olub.
T.Ziyadov qeyd edib ki, iki ölkə arasında sərnişin daşımaları bundan sonra da artacaq.