Bakı. Maksim Tsurkov - Trend:
2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 144 traktor istehsal edilib. Bu, 2015-ci ilin analoji dövr göstəricisindən 22,6 faiz azdır.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin cari ilin ilk iki ayının yekunları üzrə hesabatında deyilir.
2016-cı ilin ilk iki ayında Azərbaycanda 42 yük avtomobili istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 45,5 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.