...

Azərbaycanın “Viking train” layihəsində iştirakı Vilnüsdə müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2016 11:26 (UTC +04:00)
Litvanın paytaxtı Vilnusda Azərbaycan və Litva dəmiryolçuları arasında görüş keçirilib.
Azərbaycanın “Viking train” layihəsində iştirakı Vilnüsdə müzakirə olunub (FOTO)

Bakı. Trend:

Litvanın paytaxtı Vilnusda Azərbaycan və Litva dəmiryolçuları arasında görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, görüşdə "Litva Dəmir Yolları" SC-nin Baş direktoru Stasis Daylidka, "Litva Dəmir Yolları" SC-nin Baş direktorun müavini, yükdaşımalar direksiyasının rəhbəri Stasis Qudvalis və digər rəsmi şəxslər, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vüqar Əsgərov, "ADY ekspess" MMC-nin direktoru Azad Qasımov və "ADY ekspess" MMC-nin biznesin inkişafı və marketinq departamentinin rəhbəri Natiq Cəfərov iştirak etmişlər.

Danışıqlar zamanı Azərbaycanın "Viking train" layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunmuşdur.

Qeyd edək ki, "Viking train" layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, "Viking train" layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərg istiqamətində (Orta Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək. Bununla da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin əhəmiyyəti artırılacaq və ölkəmiz daha bir iri nəqliyyat dəhlizinə qoşulmaqla, öz tranzit potensialını genişləndirəcək.

Danışıqlar nəticəsində, "Litva Dəmir Yolları" SC ilə Azərbaycanda multimodal yükdaşımalarla məşğul olan, "ADY ekspess" MMC arasında müqavilə imzalanmışdır. Sənədi "Litva Dəmir Yolları" SC-nin Baş direktoru Stasis Daylidka və "ADY ekspess" MMC-nin direktoru Azad Qasımov imzalamışlar. Müqavilə tərəflər arasında yükdaşımalar zamanı normativ bazanı yaradır, öhdəlikləri, qarşılıqlı güzştlər və qarşılıqlı hesablamalar qaydalarını müəyyən edir. Müqavilə Litva və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək və tranzit yüklərinin həcminin artmasına şərait yaradacaq.

Litvaya səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti, bu ölkəyə təmirə göndərilmiş Azərbaycan Dəmir Yollarına məxsus teplovozlara baxış keçirmişlər. Təmir prossesi ilə maraqlanan rəsmilərimiz, onun keyfiyyətlı aparıldığına əmin olublar. Eyni zamanda nümayəndə heyəti yeni tikilmiş yük terminalına baxış keçirərək, terminalın fəaliyyəti və buraxılış qabiliyyəti ilə tanış olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti