...

"Cənub Elektrik Stansiyası"nda 440,4 milyon kilovat saatdan artıq elektrik enerjisi istehsal edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2016 13:20 (UTC +04:00)
Cari ilin mart ayında “Cənub Elektrik Stansiyası”nda 440,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
"Cənub Elektrik Stansiyası"nda 440,4 milyon kilovat saatdan artıq elektrik enerjisi istehsal edilib

Bakı. Trend:

Cari ilin mart ayında "Cənub Elektrik Stansiyası"nda 440,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend-ə "Azərenerji" ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Cari ilin I rübü ərzində isə sözügedən elektrik stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi 1 milyard 338,6 milyon kilovat saatdan çox olub.

Bu dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Bu ilin son üç ayı ərzində elektrik stansiyasının elektrik avadanlıqlarına da baxışlar keçirilib və aşkar olunmuş nasazlıqlar aradan qaldırılıb. Qrafik üzrə texniki xidmət işləri də aparılıb.

Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənib. Yanğına qarşı əks-qəza məşqi də keçirilib.

Qeyd edək ki, "Çənub Elektrik Stansiya"sının Abşeron yarımadası və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi sisteminin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti