...

Bakıda 1 tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2016 16:28 (UTC +04:00)
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması məqsədilə apardığı nəzarət tədbirləri zamanı 1 tondan artıq ət aşkarlayaraq, qida üçün yararlı olub-olmamasını, bakterioloji və biokimyəvi göstəricilərini müəyyən etmək üçün Respublika Baytarlıq Laboratoriyasına göndərib.
Bakıda 1 tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması məqsədilə apardığı nəzarət tədbirləri zamanı 1 tondan artıq ət aşkarlayaraq, qida üçün yararlı olub-olmamasını, bakterioloji və biokimyəvi göstəricilərini müəyyən etmək üçün Respublika Baytarlıq Laboratoriyasına göndərib.

Trend qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 19-da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda reyd keçirərkən saxlanılmış Ağcabədi rayonundan Bakı şəhərinə gələn Şamxal Nəbiyevin idarə etdiyi "Daewoo Nexia" markalı "99 AU 715" dövlət nömrə nişanlı minik və Zərdab rayonundan Bakı şəhərinə gələn Nadir Qasımovun idarə etdiyi "Ford Transit" markalı "90 LX 763" dövlət nömrə nişanlı yük avtomobillərinə baxış keçiriblər.

Baxış zamanı minik avtomobilində 500 kq (şaqqalara bölünmüş 2 ədəd iri heyvan, 6 ədəd xırda heyvan cəmdəkləri, içalatı), yük avtomobilində isə 600 kq (4 ədəd iri heyvan cəmdəyi, içalatı, 5 ədəd heyvan baş-ayağı) mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici baytarlıq arayışı və sənədi olmayan heyvan əti aşkar olunub.

Əhalinin sağlamlığının qorunmasına və epizootoloji sabitliyin saxlanmasına yönəlmiş baytarlıq nəzarəti tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti