Bakı. Trend:
Unibank ölkədə elektron ticarətin inkişafına ən çox dəstək verən banklar siyahısındadır.
Mərkəzi Bankın açıqlamasına görə, Unibank 2015-ci il üzrə ödəniş kartları ilə elektron ticarət vasitəsilə aparılan nağdsız ödənişlərin həcminə görə "Elektron ticarətin inkişafında lider bank" nominasiyası üzrə lider banklardan seçilib.
Unibank ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verir və öz fəaliyyətində bu prinsipləri əsas tutur. Hazırda bank 0.5 milyona yaxın ödəniş kartı ilə müştərilərinin xidmətindədir.
Unibank-ın partnyorları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və MasterCard kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az bankın böyük partnyorlarından biridir.
Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.
Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!