...

"Silk Way Helicopter Services" onlayn sifariş xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2016 20:18 (UTC +04:00)
"Silk Way Helicopter Services" MMC (SWHS) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir.
"Silk Way Helicopter Services" onlayn sifariş xidmətini təqdim edir

Bakı. Trend:

"Silk Way Helicopter Services" MMC (SWHS) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, SWHS-in rəsmi internet saytında fiziki və hüquqi şəxslərə çarter və özəl uçuşların onlayn sifarişi təklif olunur. Bütün sərnişinlərə uçuş müddətində sığorta verilir.

Xidmətin göstərilməsi üçün müraciətlərə üç iş günü ərzində baxılır.

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil edib.

Onlayn sifariş forması ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://www.swhs.az/az/online-booking/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti