...

UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2016 11:10 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) təşəbbüsü ilə yaradılan Mərkəzi Asiya Universitetlər Birliyinə (MAUB) üzv seçilib.
UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) təşəbbüsü ilə yaradılan Mərkəzi Asiya Universitetlər Birliyinə (MAUB) üzv seçilib.

UNEC-dən Trend-ə verilən məlumata görə, UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədov niyyət məktubunun imzalanma mərasimində iştirak edib. 15 ölkədən 29 universitetin üzv olduğu birliyi Azərbaycandan UNEC təmsil edib. UNEC həmçinin birliyin idarə heyitndə də yer alıb. QTMU-nun rektoru, professor Səbahettin Balcı Mərkəzi Asiya Universitetləri Birliyinin rəhbəri seçilib.

Mərkəzi Asiya Universitetləri Birliyinin məqsədi ali təhsil müəssisələri və onlarla əməkdaşlıq edən qurumlar arasında əlaqələri gücləndirmək, inteqrasiyanı dəstəkləmək, müəllim-tələbə mübadiləsini təşkil etmək, ikili diplom proqramlarını tətbiq etmək, proqram və kredit mübadilə sistemlərinin təkmilləşdirilməsi istiqamətində birgə çalışmaq, keyfiyyət təminatı sistemi yaratmaq və akkreditasiya mexanizmləri üzərində işləmək, üzv olan universitetlərin güclü olduğu sahələri nəzərə alaraq regional inkişafa töhfə verəcək layihələri dəstəkləməkdir.

Tədbir çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin 20-ci ildönümü də qeyd edilib. Yubileyi münasibətilə hazırlanan sənədli filmin nümayişi ilə başlayan mərasim universitet rəhbərliyi və dövlət nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda tələbələrin ifasında türk dünyası mahnı və rəqsləri nümayiş etdirilib.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək - tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif - elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti