...

"SaxoTraderGO" ticarət platforması bütün gözləntiləri üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2016 20:20 (UTC +04:00)
“SaxoTraderGO” ticarət platforması istifadəyə verildikdən bir il sonra bütün gözləntiləri üstələyib.
"SaxoTraderGO" ticarət platforması bütün gözləntiləri üstələyib

Bakı. Trend:

Onlayn multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" fərdi müştərilərdən əldə etdiyi gəlirlərin 55%-ni "SaxoTraderGO" onlayn ticarət platforması vasitəsi ilə qazandığını bildirib. Bu gün bütün müştəri qrupları arasında populyarlıq əldə etmiş "SaxoTraderGO" platformasının istifadəyə verilməsindən düz bir il keçir. Yarım il öncə "SaxoTraderGO" platforması "white label" partnyorları üçün öz məhsullarını istifadəyə verib və hazırda 28 müxtəlif dildə 100-dən çox müştəriyə canlı şəkildə dəstək təklif edir.

"Saxo Bank" bu tarixi platformanın yenilənməsi xəbəri ilə qeyd edir. Belə ki, artıq "SaxoTraderGO" platformasında qlobal səhm bazarlarının qiymətləndirməsi bir neçə yeni hissədə yerləşdirilib: indekslər, artım və azalma səhmləri, xəbərlər, hadisələrin təqvimi və icmal qrafiki.

"SaxoTraderGO" tam olaraq HTML5 dilində yazılıb. Platforma ticarət sənayesinə köhnə fərdi şəkildə hazırlanmış maliyyə sistemindən müxtəlif cihazlar vasitəsi ilə mükəmməl ticarətə doğru qəti addım atmağa kömək edir.

Platformanın istifadəyə verilməsi bankın ticarət infrastrukturuna "OpenAPI" vasitəsi ilə giriş imkanı yaratmaq məqsədi ilə uyğunlaşdırılıb. Geniş miqyaslı əmtəələrin ticarətini əhatə edən bu addım "Saxo Bank" tərəfdaşları və xarici icraçılara 20 il ərzində nail olunmuş ticarət infrastrukturunun yeniliklərinə giriş imkanı yaradır. Bununla yanaşı, platforma "OpenAPI" müştəriləri və "White Label" proqramının üzvlərinə seçimlərini öz ticarət ehtiyaclarına əsasən almağa və öz strategiyalarını təkmilləşdirmək şansı verir. Keçən ay bank məlumat verdi ki, Çində maliyyə üzrə mütəxəssis sayılan "Wallstreet CN" istifadəçiləri artıq "OpenAPI" platforması vasitəsi ilə valyuta bazarlarına giriş və orada ticarət imkanı əldə edəcəklər.

"Saxo Bank"ın Ticarət platformaları bölməsinin rəhbəri Kristian Hammer deyib: "İlkin dizaynın məqsədi yeni ticarət və investisiya platformasını istifadədə mümkün olduğu qədər sadə və yüngül edərək müştərilərimizə 35 mindən artıq alətə bir hesabdan giriş imkanı yaratmaq idi".

2016-cı il ərzində də "SaxoTraderGO" platformasına tamamilə birləşmiş texniki analiz, əmtəələr axtarışı üçün yeni alət, seçim zənciri və "white label" partnyorlarına yeni kontent yükləmək imkanı kimi bir neçə yeni funksiya təqdim edərək təkmilləşəcək.

"SaxoTraderGO" istifadəyə verildiyindən bəri bir neçə yeni funksiya təqdim edilib:

- Qlobal səhm bazarlarının qiymətləndirilməsi;
- Qrafiklər üçün multi-ekran rejimi;
- Müəyyən cihazlardan "touchID" vasitəsi ilə giriş;
- "Web" səhifə, planşet və mobil telefonlar vasitəsi ilə "Saxo" xidmətinin personalı ilə birbaşa əlaqə;
- 10 mindən artıq qlobal əmtəə haqda geniş miqyaslı maliyyə tədqiqatı.

K.Hammer həmçinin əlavə edib: "SaxoTraderGO"nun təqdim etdiyi ən cəlbedici yeni xidmətlərindən biri "SaxoSelect" avtomatlaşmış investisiya və ticarət xidmətidir. Bu xidmət müştərilərə müxtəlif strategiyalara "Saxo Bank" tərəfindən avtomatik şəkildə balansa qaytarılan investisiyalar qoymaq imkanı yaradır və bu proses tam şəffaf şəkildə həyata keçirilir. Məsələn, biz "BlackRock" ilə birgə səmərəli investisiya portfoliolarını təklif edirik. Müştərilərə "SaxoTraderGO" platformasında həm öz ticarətləri və investisiyaları seçmək şansı xüsusi bir təklifdir".

"Saxo Bank" haqqında:

"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş " SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı, "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti