...

Nazir: Türkiyə şirkətləri Xəzər vasitəsilə yükdaşımalarda maraqlıdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 15:47 (UTC +04:00)
Türkiyənin bəzi özəl şirkətləri Xəzər dənizində işə maraq göstərirlər.
Nazir: Türkiyə şirkətləri Xəzər vasitəsilə yükdaşımalarda maraqlıdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:23-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Türkiyənin bəzi özəl şirkətləri Xəzər dənizində işə maraq göstərirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyənin nəqliyyat şirkətləri Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı marşrutları üzrə yükdaşımalarda maraqlıdırlar.

Z.Məmmədov qeyd edib ki, bu məsələ müzakirə mərhələsindədir: "Bununla belə, milli və biznes maraqlarını unutmaq olmaz. Türkiyə şirkətlərinin təklifləri Azərbaycanın maraqlarına uyğun gəlsə, onları reallaşdırmaq mümkün olacaq. Əks halda bu məsələ müzakirə edilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti