Bakı. Trend:
Amerika şirkətləri nəqliyyat sahəsində, o cümlədən "Şərq-Qərb" multimodal dəhlizi ("Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, TRACECA) üzrə əməkdaşlıqda maraqlıdırlar.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, amerika şirkətləri nəqliyyat sahəsindəki tikinti işlərində və bu sektor üçün proqram təminatının yaradılmasında böyük uğurlar qazanıblar: "Biz bu iki istiqamət üzrə layihələrdə Azərbaycana kömək etməyə və iştiraka hazırıq".