...

"Air Cairo": Misir Azərbaycandan aviareyslərin siyahısını genişləndirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 13:18 (UTC +04:00)
İyunun əvvəlində Bakı və Şarm əl-Şeyx arasında birbaşa aviareysin açılması planlaşdırılır.
"Air Cairo": Misir Azərbaycandan aviareyslərin siyahısını genişləndirməyi planlaşdırır

Bakı. Anaxanım Hidayətova - Trend:

İyunun əvvəlində Bakı və Şarm əl-Şeyx arasında birbaşa aviareysin açılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Bakıda Misirin "Air Cairo" aviaşirkətinin kommersiya direktoru Fəthi Attia turizm xidmətləri sahəsində Misir və Azərbaycan əməkdaşlığının yeni mərhələsinə həsr edilmiş mətbuat konfransında deyib.

O bildirib: "İlkin mərhələdə Bakıdan Şarm əl-Şeyxə həftədə bir reyslə başlayacağıq. Həmçinin, Misirin digər şəhərlərinə (Azərbaycandan) reyslər açmağı planlaşdırırıq".

Bakı-Şarm əl-Şeyx reysinə gediş-gəliş aviabiletinin qiyməti 350 dollar təşkil edəcək.

Misirin Azərbaycandakı səfiri Suzanne Mohamed Gamil qeyd edib ki, turizm sahəsi iki ölkə üçün strateji önəm kəsb edir və bu əməkdaşlıq digər sahələrdəki əlaqələrin inkişafını da dəstəkləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti