...

Vergilər Nazirliyi turizm sahəsinin vergidən azad edilməsinin əleyhinə deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 13:11
Azərbaycan hökuməti turizm obyektlərinin vergidən azad olunması məsələsinə baxa bilər.
Vergilər Nazirliyi turizm sahəsinin vergidən azad edilməsinin əleyhinə deyil

Trend-i buradan izləyin

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti turizm obyektlərinin vergidən azad olunması məsələsinə baxa bilər. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda mətbuat konfransında deyib.

S.Ələkbərov bildirib ki, sözügedən məsələ Vergilər Nazirliyinin səlahiyyətinə daxil deyil, əgər bu, ölkənin sosial-iqtisadi siyasətinə uyğun olacaqsa, bu addımı atmaq olar.

Onun sözlərinə görə, turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq lazımdır ki, ayrı-ayrı şəxslər güzəştlərdən sui-istifadə etməsinlər: "Bu addım atılsa, ölkə əhalisinin xeyrinə olmalı, dövlət büdcəsinə daxilolmaların artmasına gətirtib çıxarmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti