...

Bank BTB-dən yeni xidmət: fərdi bank seyfləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 13:46 (UTC +04:00)

Bakı. Trend:

Bank BTB müştərilər üçün faydalı və sərfəli xidmətlər təqdim etməkdə davam edir.

Bankdan Trend-ə verilən əmlumata görə, qəbul olunmuş strategiyanın əsas meyarları kimi müştərilərə təqdim edilən xidmət dairəsinin genişləndirilməsinə üstünlük verməkdir. Bura şəffaf müştəri bazasının artımı, "müştəri ilə böyümə" prinsipi və loyal müştəri portfelinin formalaşması da daxildir.

Yeni xidmət olaraq müştərilərə sənədlərin, qiymətli kağızların, zinət əşyalarının və sair qiymətlilərin etibarlı mühafizə vasitəsi olan fərdi bank seyfləri təklif edilir. Bank BTB fərdi bank seyflərinin tam məxfiliyini, toxunulmazlığını təmin edir və bütün seyflərin keyfiyyəti üzrə məsuliyyət daşıyır.

Müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri Bank BTB-nin baş ofisində Y.Səfərov küç., 27 ünvanındadır yerləşir. Təklif etdiyimiz seyflərin icarə müddəti minimum 1 ay, maksimum 2 ildir. Tətbiq olunan "iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliklik təmin edir.

Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz. Fərdi bank seyflərinin güzəştli icarə tarifləri aşağıda cədvəldə qeyd olunur və 04.07.2016 tarixinə kimi güvədədir:

100 mm x 326 mm x 420 mm 1 aylıq 20man(ƏDV daxil)
200 mm x 326 mm x 420 mm 1 aylıq 30man(ƏDV daxil)
400 mm x 326 mm x 420 mm 1 aylıq 40man(ƏDV daxil)
600 mm x 326 mm x 420 mm 1 aylıq 50man(ƏDV daxil)

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti