...

Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 17:53 (UTC +04:00)
Bu gün Bakı Ekspo Mərkəzində iqtisadiyyat naziri Şahin Mustafayev Belarus Baş nazirinin müavini Mixail Rusıyın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı genişlənir

Bakı. Trend:

Bu gün Bakı Ekspo Mərkəzində iqtisadiyyat naziri Şahin Mustafayev Belarus Baş nazirinin müavini Mixail Rusıyın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Belarus arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

M.Rusıy ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edib.

Görüşdə Belarus şirkətləri ilə birgə Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına, pambıq və pambıq emalı məhsullarının (pambıq ipliyi), tütünün, eləcə də bir sıra digər kənd təsərrüfatı məhsullarının Belarusa ixracına və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Belarusun "Qrodniy" tütün fabrikinin baş direktoru Yuri Çernışev fabrikin hazırda Azərbaycandan tütün idxal etdiyini və idxalı artırmaqda maraqlı olduqlarını bildirib.

Belarus tərəfi müzakirə edilən məsələlər barədə təkliflərini Azərbaycan tərəfinə təqdim edəcək.

Görüşdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, tütün, pambıq emalı, yüngül sənaye sahələrində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti