...

Azərbaycan və İndoneziya sahibkarları əməkdaşlığı müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2016 01:43 (UTC +04:00)
Bakıda Azərbaycan və İndoneziya iş adamlarının görüşü keçirilib.
Azərbaycan və İndoneziya sahibkarları əməkdaşlığı müzakirə ediblər

Bakı. Trend:

Bakıda Azərbaycan və İndoneziya iş adamlarının görüşü keçirilib.

Trend-in məlumatında görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi müzakirə edilib.

Görüşdə həmçinin Türkiyə şirkətlərinin nümayəndələri iştirak ediblər.

Qonaqları İndoneziyanın Azərbaycandakı səfiri Hüsnab Bəy Fənani salamlayıb. Ölkəsini böyük imkanlar bazarı adlandıran diplomat qeyd edib ki, İndoneziya ölkələr arasında investisiyaların genişlənməsində maraqlıdır.

"Azərbaycan və Türkiyəni iki dövlət, bir millət adlandırmaq qəbul edilib, niyə də bu anlayış İndoneziya və Azərbaycan üçün tətbiq edilməsin", deyə Fənani bildirib.

Görüş zamanı tərəflər biznes-əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir və ideya mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti