...

SOCAR Gürcüstandakı neft terminalının gücünü artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2016 10:33 (UTC +04:00)
SOCAR Gürcüstandakı Kulevi neft terminalının gücünü 320 mindən 380 min kubmetrə qədər artıracaq
SOCAR Gürcüstandakı neft terminalının gücünü artıracaq

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR Gürcüstandakı Kulevi neft terminalının gücünü 320 mindən 380 min kubmetrə qədər artıracaq. Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Mənbə Kulevi neft terminalının gücünü artırılması Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) istehsal gücünün 6 milyondan 7,5 milyon tona qədər artırılması ilə əlaqələndirib.

ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir.

Xəbər lenti

Xəbər lenti